Metbuat.az xəbər verir ki, bu sözləri Zelenski “CBS News”a müsahibəsində deyib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiya ilə hərbi münaqişəyə girərsə, o zaman Amerika əsgərləri bütün Avropanı müdafiə etməli olacaq, çünki ABŞ NATO-nun üzvüdür.
Ukrayna prezidenti bildirib ki, ABŞ və Avropada hələ müharibə yoxdur, lakin çox yaxında bu müharibə başlaya bilər və o zaman Rusiya raketləri o istiqamətdə uçacaq.