Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borellə görüşüb.
Modern.az xəbər verir ki, Mirzoyan bu barədə X-də paylaşım edib.
Görüş ATƏT-in XİN başçılarının toplantısı çərçivəsində Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində baş tutub.
"Borellə görüşdə Ermənistan və Aİ-nin tərəfdaşlıq gündəmi və qarşıdakı gözləntilər əhatəli şəkildə müzakirə olundu. Ortaq dəyərlərimiz və vətəndaşlarımızın mənafeyi əsasında Ermənistan və Aİ-ni yaxınlaşdırmaq üçün birlikdə çalışırıq. Regional layihələr, "Sülh qovşağı" öz rolunu oynamalıdır", - deyə nazir yazıb.