"Mərkəzi Bankın uçot dərəcəsinin manatın məzənnəsi ilə heç bir birbaşa bağlantısı yoxdur".
Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. İqtisadçının sözlərinə görə, qərarın yeganə təsir edə biləcəyi sahə faiz dərəcələridir:
"Amma indi yox, bir müddətdən sonra. Bank faizlərində müsbət dəyişiklik ola bilər. Yəni, kredit faizlərində cüzi də olsa, azalma ola bilər. Mərkəzi Bankın bu qərarının birbaşa məzənnə siyasəti ilə əlaqəsi yoxdur".