Ramazan ayının sona çatmasına sayılı günlər qalır. İslam dinində mübarək ay olan Ramazanın daha bir önəmi bu ayın içində Qədr gecələrinin olmasıdır. Bu gecə isə Azərbaycanda ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.
Bu barədə Metbuat.az-a açıqlama verən illahiyyatçı Hacı İlham Məhərrəmli deyib ki, Quranın “Qədr” surəsində bu gecə barəsində danışarkən, Allah iki məsələyə diqqət yetirir:
“Qədr gecəsində Allah bəndələrinə keçmişin əsirliyidən qurtulub müqəddəratlarını dəyişmək fürsəti verir. Ona görə, Qədr gecəsinin necə keçirilməsi tale yüklü məsələdir. Qədr gecəsi həmin gecələrdəndir ki, o gün Qurani-Kərim nazil olub. Bu gecələrdə mələklər yer üzünə gəlirlər. Peyğəmbər(s) və imamlar(ə) həmin gecənin dəqiq vaxtını bizə söyləməsələrdə də, vacib buyrulan daha çox əhya saxlayıb Allaha ibadət etməkdir”.
İlahiyyatçı qeyd edib ki, Qədir gecəsini ibadətlə keçirənlərin keçmiş günahları əfv edilib, həmin gün tutulan oruc isə bütün ili tutulan oruca tən olduğu bildirilib:
3. Quran oxumaq.
4. Peyğəmbər(s) və onun Əhlibeytinə(ə) salavat göndərmək
5. Qədr gecəsinin namazını qılmaq.
Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (10 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb.
Gülbəniz Hüseynli / Metbuat.az