İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq.
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev bildirib.
“Yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə həyat tam bərpa ediləcək və biz orada bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmə sahəsində də inkişafın şahidi olacağıq”, - o qeyd edib.