“Crocus City Hall”da törədilən terror zamanı yaralanan şəxslərdən biri ölüb. Modern.az xəbər verir ki, bunu Rusiyan Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib.
Səhiyyə nazirinin sözlərinə görə, həmin şəxsin vəziyyəti son dərəcə ağırdır.
Bununla da terror aktı nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb.
Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında terror aktı törədilib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar.