Rusiyada baş verən terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
Modern.az xəbər verir ki, bu barədə terrorçulara məxsus "Amaq" agentliyi teleqram kanallarında məlumat yayıb.
İŞİD üzvlərinin Moskvada yüzlərlə insanı öldürdüyünü və yaralandığını, hücumda iştirak edən şəxslərin öz bazalarına təhlükəsiz şəkildə geri çəkildiyini iddia edib .
ABŞ rəsmisi cümə günü bildirib ki, Vaşinqton İŞİD-in verir aktına görə məsuliyyəti öz üzərinə götürdüyünü təsdiqləyən kəşfiyyat məlumatlarına malikdir. Rəsmi Vaşinqtonun son həftələrdə Moskvaya hücum ehtimalı barədə xəbərdarlıq etdiyini bildirib.
Rusiya hələ ki, kimin məsuliyyət daşıdığını söyləməyib.
Martın 22-də axşam saatlarında “Crocus City Hall”da konsert başlamazdan əvvəl bir qrup naməlum şəxs atəş açıb. Konsert zalının binasında yanğın başlayıb və partlayışlar baş verib. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb. Son məlumatlara görə, terror aktı nəticəsində 60-dan çox insan həlak olub, 145-dən çox insan isə yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.