Martın 1-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasda AFFA-nın növbəti Hesabat-Seçki Konfransının vaxtı müəyyənləşib. Belə ki, Konfrans aprelin 2-nə təyin edilib.
Qeyd edəki, AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayev növbəti seçkilərdə namizəd olmayacağını açıqlayıb.
Bəs artıq namizədliyini irəli sürənlər varmı? Kim növbəti müddətdə AFFA-nın prezidenti ola bilər?
Modern.az məsələ ilə bağlı olaraq, AFFA ilə əlaqə saxlayıb.
Qurumun Mətbuat katibi Elnur Məmmədli saytımıza açıqlamasında namizədliyini verənlər barəsində məlumatının olmadığını bildirib.
E.Məmmədlinin fikrincə, AFFA-nın növbəti prezidenti SOCAR-ın hazırkı prezidenti Rövşən Nəcəf olmalıdır:
"Bu mənim şəxsi düşüncəmdir ki, AFFA-nın prezidenti hazırda SOCAR-ın rəhbəri olan Rövşən müəllim (Rövşən Nəcəfli-red) olmalıdır. Çünki Rövşən müəllim gənc və müasirdir. Onun həm də dövlətimizə, millətimizə, həm də Azərbaycan futboluna böyük bir dəstəyi olar".