Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfər edib.
Moxdern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Paşinyan martın 21-də keçiriləcək birinci Nüvə Enerjisi Sammitində iştirak edəcək. Nikol Paşinyanla xarici tərəfdaşlar arasında ikitərəfli görüşlər də planlaşdırılır.