Sabah Azərbaycanda Ramazan ayının səkkizinci günüdür.
Metbuat.az xəbər verir ki, imsak saat 05:21, iftar isə saat 19:05-ə təyin olunub.
İmsak duası:
“Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət- təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.
Tərcüməsi:
“İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!”.