Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.
Metbuat.az xəbər v, bu gün daha iki oyun keçiriləcək.
İlk olaraq “Zirə” Tofiq Bəhramov adına Respublika stadionunda ev matçına çıxacaq. Rəşad Sadıqovun kollektivi “Kəpəz”i qəbul edəcək. Hazırda qəsəbə təmsilçisi 36 xalla 6-cı, gəncəlilər isə 27 xalla 9-cu pillədə qərarlaşıblar.
Ardından “Araz-Naxçıvan”la “Qəbələ” üz-üzə gələcəklər. Naxçıvan komandası yuxarı pillələrdəki rəqiblərdən daha da uzaq düşməmək üçün “Liv Bona Dea Arena”da qələbə qazanmağa çalışacaq. Azər Bağırovun kollektivi 31 xalla 8-cidir. Hesabında 15 xal olan “Qəbələ” isə çempionatın autsayderidir.
Turun açılış matçında “Neftçi” “Səbail”i böyük hesabla (3:0) məğlub edib. Turun “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” görüşləri martın 17-də keçiriləcək.
Premyer LiqaXXVII tur16 mart (şənbə)
16:00. “Zirə” – “Kəpəz”Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran ƏliyevVAR: Əliyar AğayevAVAR: Zeynal ZeynalovHakim-inspektor: Zöhrab QədiyevAFFA nümayəndəsi: Elman MusayevTofiq Bəhramov adına Respublika stadionu
18:30. “Araz-Naxçıvan” – “Qəbələ”Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid HacıyevVAR: Cavid CəlilovAVAR: Müslüm ƏliyevHakim-inspektor: Ceyhun HaşımovAFFA nümayəndəsi: Elçin Mehtiyev“Liv Bona Dea Arena”