Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Artıq bir sıra kolleclərdə nöqsanlar aşkarlanıb, təhsil müəssisələrinin vəzifəli şəxsləri işdən çıxarılıb.
Agentlik bildirib ki, kolleclərin kadr potensialının möhkəmləndirilməsi, tədris prosesinin təşkilinin yaxşılaşdırılması istiqamətində Agentlik tərəfindən görülən tədbirlər davam edəcəkdir.
Qeyd edək ki, kolleclər orta ixtisas təhsil müəssisələri hesab edilir. Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir.
Modern.az mövzunun aktuallığını nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən orta ixtisas təhsil müəssisələri araşdırıb.
Hazırda Azərbaycanda 55 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 35-i Elm və Təhsil Nazirliyinin, 16-sı digər dövlət qurumlarının tabeliyində fəaliyyət göstərir, 4 müəssisə isə özəldir.
Ölkə üzrə orta ixtisas təhsil müəssisələrində 6 mindən çox müəllim fəaliyyət göstərir, 62 mindən çox tələbə təhsil alır.
Qeyd edək ki, orta ixtisas təhsil müəssisələrinin 35-i regionda, 20-si isə paytaxt Bakıda yerləşir.
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən orta ixtisas təhsil müəssisələri aşağıdakılardır:
1. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci 2. Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci 3. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci 4. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci 5. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci 6. Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci 7. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci 8. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci 9. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci 10. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec 11. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec 12. Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec 13. Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci 14. Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci 15. Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci 16. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec 17. Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec 18. Şəki Dövlət Regional Kolleci 19. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci 20. Ağdaş Dövlət Humanitar Kolleci 21. Ağdam Musiqi Kolleci 22. Ağdam Dövlət Sosial-İqtisadi Kolleci 23. Şamaxı Dövlət Regional Kolleci 24. Şuşa Humanitar Kolleci 25. Astara Pedaqoji Kolleci 26. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci 27. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci 28. Qazax Dövlət Sosial-İqtisadi Kolleci 29. Tovuz Dövlət Sosial-İqtisadi Kolleci 30. Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci 31. Quba Dövlət Sosial-İqtisadi Kolleci 32. Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci 33. Ağcabədi Pedaqoji Kolleci 34. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci 35. Masallı Dövlət Regional Kolleci
Odlar Yurdu Universiteti nəzdində fəliyyət göstərən Odlar Yurdu Kolleci, Bakı Avrasiya Kolleci, Bakı Biznes və Kooperasiya Kolleci, Qərbi Kaspi Universitetinin Kolleci isə özəl orta ixtisas təhsil müəsissəsi hesab edilir.
Digər nazirlik və qurumların tabeliyində olan orta ixtisas təhsil müəssisələri aşağıdakılardır: 1. Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci 2. Mingəçevir Turizm Kolleci 3. 1 nömrəli Bakı Tibb Kolleci 4. 2 nömrəli Bakı Baza Tibb Kolleci 5. Sumqayıt Tibb Kolleci 6. Gəncə Tibb Kolleci 7. Mingəçevir Tibb Kolleci 8. Saatlı Tibb Kolleci 9. Şəki Tibb Kolleci 10. Lənkəran Tibb Kolleci 11. Cəlilabad Tibb Kolleci 12. Quba Tibb Kolleci 13. Naxçıvan Tibb Kolleci 14. Naxçıvan Dövlət Texniki Kolleci 15. Naxçıvan Musiqi Kolleci 16. Bakı Xareoqrafiya Akademiyasının Kolleci
