Bu sözləri Metbuat.az-a açıqlamasında dietoloq Leyla Zülfüqarlı deyib. O bildirib ki, bəzən insanlar elə düşünür ki, xurma yalnız iftar yeməyinə aiddir, amma belə deyil.
Dietoloq qeyd edib ki, əksəriyyət iftar vaxtı həddindən artıq böyük porsiya ilə yemək qəbul edir, yeməkdən dərhal sonra çay içir və s. Bunlar da orqanizm üçün ziyanlıdır və mədənin böyüməsinə səbəb olur.