Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinkenin görüşünün yekunlarına dair bəyanat yayılıb.
Modern.az xəbər verir ki, tərəflər terrorla mübarizə, regional məsələlər, Ukrayna və Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıblar.
Görüşdə Cənubi Qafqazdskı vəziyyət də müzakirə olunub.
Fidan və Blinken Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə olunmasına kömək etmək üçün birgə işləmək öhdəliyi götürüblər.
Tərəflər belə bir sazişin regional sabitliyə, əməkdaşlığa və çiçəklənməyə kömək edəcəyi barədə razılığa gəliblər.