Azərbaycan Premyer Liqasında XXVI turun təyinatları açıqlanıb.
Modern.az xəbər verir ki, AFFA Hakimlər Komitəsi martın 8-10-u aralığında keçiriləcək matçları idarə edəcək referiləri müəyyənləşdirib.
Komitə bu dəfə Tural Qurbanov, Rəvan Həmzəzadə, İnqilab Məmmədov, Rəşad Əhmədov və Əliyar Ağayeva etibar edib.
Azərbaycan Premyer Liqası XXVI tur
8 mart
19:00. “Səbail” – “Sumqayıt” Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Zöhrab Abbasov, Fərid Hacıyev. VAR: Rauf Allahverdiyev. AVAR: Pərvin Talıbov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Emin Cəfərov. “ASCO Arena”
9 mart
15:00. “Kəpəz” – “Neftçi” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı. Hakim-inspektor: Barış Şimşək. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. Tovuz şəhər stadionu
17:30. “Sabah” – “Qəbələ” Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Zümrüd Ağayeva. “Bank Respublika Arena”
10 mart
15:30. “Turan Tovuz” – “Araz-Naxçıvan” Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: İlham Əliyev. Tovuz şəhər stadionu
18:00. “Qarabağ”– “Zirə” Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Nəriman Axundov. Tofiq Bəhramov adına Respublika stadionu