Azərbaycan Premyer Liqasında XXVI tura bu gün start veriləcək.
Metbuat.az xəbər verir ki, günün yeganə oyunu Bakıda baş tutacaq.
Turnir cədvəlinin üst pillələrində qərarlaşan komandalar "ASCO Arena"da münasibətləri aydınlaşdıracaqlar. 37 xalla ikinci olan “Səbail” doğma meydanda 36 xalla dördüncü sırada yer alan "Sumqayıt"ı qəbul edəcək.
Qeyd edək ki, turun digər oyunları martın 9-10-da keçiriləcək.
Azərbaycan Premyer LiqasıXXVI tur8 mart
19:00. "Səbail" - “Sumqayıt”Bakı, "ASCO Arena".