Metbuat.az xarici mediaya istinadən bildirir ki, xurma təbii A və C vitaminlərinin, eləcə də qanın laxtalanmasına kömək edən manqan mənbəyidir. Xərçəng və insult kimi riskləri azaldan, kolorektal xərçəng, diabet və ürək xəstəlikləri riskini azaldan antioksidanlarla zəngindir. Şəkərdən fərqli olaraq boş kalori yaratmadığı üçün şəkərin bədənə daha sağlam daxil olmasına şərait yaradır.
- Xurmanın aşağı kalorili və yüksək lifli olması çəkiyə nəzarət etməyi asanlaşdırır.
- Zehni sağlamlığı yaxşılaşdırır.
- Xurma tərkibində xolesterin olmadığı üçün ürək sağlamlığına faydalıdır.
- Sümük sağlamlığını yaxşılaşdırır.
- Nevroloji xəstəliklərin yaranmasının qarşısını alır.
- Arıqlamağa kömək edir.
- Həzmi yaxşılaşdırır və bağırsaq sağlamlığını qoruyur.
Xurma dərinin elastikliyini qorumağa və dərini hamar etməyə kömək edən C və D vitaminlərinin mənbəyi kimi tanınır. Xurma həm də qocalma əleyhinə xüsusiyyətlərə malikdir və melanin (dəri piqmenti) yığılmasının qarşısını alır.