Metbuat.az xarici mediaya istinadən həmin qidaları təqdim edir:
Yumurta - keyfiyyətli protein qaynağı və tərkibindəki biotin sayəsində sağlam dəri üçün qəbul edilməsi lazım olan qidalardan biridir. Saç tökülməsinin qarşısını alan, dırnaqları gücləndirən və sağlam dəri üçün vacib sayılan biotini yumurta yeyərək əldə edə bilərsiniz. Əgər sağlamlıq probleminiz yoxdursa, hər gün 1 yumurta yemək faydalıdır.
Qoz - Şəkərli diabet xəstələri üçün yaddaşı gücləndirən, qan şəkərini tarazlaşdıran və ürəyi qoruyan xüsusiyyətlərə malik qoz tərkibindəki omeqa 3 və omeqa 6 yağ turşuları sayəsində dərinizin elastik quruluşunu qoruyaraq daha sağlam olmasına kömək edir.
Brokoli - Sink, A vitamini və C vitamini kimi dəri sağlamlığı üçün vacib mineralları ehtiva edən brokoli, tərkibindəki lutein sayəsində dərinin qurumasına və qırışmasına səbəb ola biləcək oksidləşdirici zərərin də qarşısını alır.
Kefir - İmmuniteti gücləndirən və bağırsaqları tənzimləyən təsiri ilə seçilən kefir, antioksidant fəaliyyəti sayəsində dərini oksidləşdirici stresə qarşı da qoruyur. Bu o deməkdir ki, hüceyrələrin qocalmasını gecikdirir. Hər gün 1 stəkan kefir qəbul edə bilərsiniz.
Əsas qayda bədən funksiyalarının normal qaydada davam etməsi üçün su içməkdir. Çoxsaylı faydaları olan su dərini təmizləməyə və zəhərli maddələrdən təmizləməyə kömək edir.
Bədənə heç bir faydası olmayan şəkər və şəkərli qidaları mümkün qədər azaldın. Çünki həddindən artıq şəkər qəbulu zülalların strukturunu dəyişir, dərinin möhkəmliyini təmin edən elastin və kollagenin pozulmasına səbəb olur. Bu problem dəridə qırışların artmasına səbəb olur.
Seyranə Quliyeva / Metbuat.az