Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi Nazirlər Kabinetinin nümayəndə heyəti Moskvaya gedəcək.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, məqsəd SSRİ-nin son baş naziri Nikolay Rıjkovun dəfn mərasimində iştirak etməkdir.
Nümayəndə heyətinə ərazi-idarəetmə naziri Qnel Sanosyan, hökumət rəsmiləri və parlament üzvləri daxildir.
Qeyd edək ki, Ermənistanın milli qəhrəmanı statusu daşıyan Rıjkov dünən 94 yaşında ölüb.
Bu xəbər ilə bağlı Qorbaçovun baş naziri ÖLÜB Xəbəri oxu