Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Azər Badamov deyib.
"Hətta sovetlər dövründə, birgə yaşadığımız vaxtda biz erməniləri özümüzə qardaş hesab etdiyimiz zaman, onlar İrəvanın mərkəzində ucaldılmış saxta soyqırım abidəsinə uşaqları aparıb qulağından tutataq, onların düşməninin türk olduğunu deyirdi. Biz isə dostluqdan, qardaşlıqdan danışırdıq. Ermənilər öz çirkin niyyətlərini üzə çıxartmaq üçün sadəcə fürsət axtarırdılar. Belə bir fürsəti də 80-cı illərin sonunda 90-cı illərin əvvəlində əldə etdilər. Hətta 366-cı motoatıcı alayın dəstəyi ilə Qarabağada soyqırımlar törətməyə başladılar. Ən böyük faciə isə Xocalıda törədilən soyqırımdır. Bütün dünya ermənilərin vəhşiliyini bilməlidir. Biz çalışmalıyıq ki, erməninin əsil xislətini dünyaya çatdıraq. Leyla xanım Əliyevanın rəhbərliyi ilə keçirilən Xocalıya ədalət kampaniyası dünyanın müxtəlif ölkələrində bu faciəni tanıtmağımıza imkan verib.
"Bu gün Azərbaycan dövləti qalibdir.