Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün DÇ-2027-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq.
Modern.az-ın məlumatına görə, Tahir Baxşıyevin kollektivi Avropa zonası üzrə I seçmə mərhələdə Kosovonu qəbul edəcək.
İlk görüşdə səfərdə İsveçrəyə (53:72) məğlub olan yığma doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaq.
DÇ-2027, Avropa zonası üzrə I seçmə mərhələ A qrupu, II tur 25 fevral
14:00. Azərbaycan – Kosovo “Sərhədçi” Olimpiya İdman Mərkəzi