Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab matçında 3-cü qol vurulub.
Modern.az xəbər verir ki, 103-cü dəqiqədə Ağdam təmsilçisinin müdafiəçisi Mateus Silva hesab arasındakı fərqi minimuma endirib - 1:2.
23:43
Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab matçında əlavə vaxt oynanılacaq.
Modern.az xəbər verir ki, buna matçın əsas vaxtının qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatması səbəb olub.
İlk görüşdə Ağdam təmsilçisi rəqibini 4:2 hesabı ilə məğlub edib.
Ümumi hesab bərabərləşdiyindən qalib əlavə vaxtda, ehtiyac yaranarsa, penaltilər seriyasında müəyyənləşəcək.
23:30
Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda ikinci qol vurulub.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın 83-cü dəqiqəsində qonaqların futbolçusu Alvaro Calo növbəti topu Ağdam təmsilçisinin qapısından keçirib.
***
23:20
Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın 70-ci dəqiqəsində Rocer Fernandes qonaqları hesabda önə keçirib.
22:54
Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda ikinci hissə başlayıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın ilk yarısında qapılara qol vurulmayıb.
22:36
Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda ilk hissə başa çatıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
21:45
Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında cavab oyunu başlayıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 21:45-də start götürüb.
Qeyd edək ki, Portuqaliyadakı ilk matçda "Qarabağ" 4:2 hesablı qələbə qazanıb.