Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Kamikava Yoko Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısında çıxış edib. O, İsrailin işğalı və hücumları altında olan Qəzza zolağındakı humanitar vəziyyətdən ciddi narahat olduğunu bildirib. Yaponiyalı nazir bəyan edib ki, ölkəsi Qəzzada yaşayan mülki şəxslərə 32 milyon dollar dəyərində əlavə humanitar yardım göndərməyi planlaşdırır.