Ermənistanın müdafiə naziri Suren Papikyan Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində fevralın 21-də Fransa Respublikasına işgüzar səfər edib. Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan nümayəndə heyətinin Fransa prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır.